Azərbaycanda nazirlik əməkdaşlarının boynuna siqnalötürücü xalta bağladığı ceyranı canavar parçalayıb

Azərbaycanda nazirlik əməkdaşlarının boynuna siqnalötürücü xalta bağladığı ceyranı canavar parçalayıb ETSN: Boynunda siqnalötürücü xalta olan ceyranlardan birinin canavar tərəfindən tutularaq məhv olunması faktı müəyyən olunub
Ekologiya
3 Noyabr , 2014 13:20
Azərbaycanda nazirlik əməkdaşlarının boynuna siqnalötürücü xalta bağladığı ceyranı canavar parçalayıb
Bakı. 3 noyabr. REPORT.AZ/ "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində 2010-2014-cü illər ərazində tarixən məskunlaşdıqları ərazilərə 150 baş ceyran buraxılıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ceyranlar əsasən Qobustan –Cəngiçay (34 baş), Acınohur düzü (48 baş), Ağgöl Milli Parkı (27 baş), Korçay Dövlət Təbiət Qoruğu (20 baş), və Gürcüstan Respublikasının Azərbaycanla sərhəd ərazilərinə (10 baş) buraxılıb. Buraxılan ceyranların həmin ərazilərdə yaşama dinamikasını izləmək üçün (Qobustan-Cəngiçay, Acınohur və Gürcüstana buraxılan) bir neçə erkək fərdin boynuna siqnalötürücü xaltalar bağlanıb.

Qobustan- Cəngiçay vadisinə buraxılan və boynunda siqnalötürücü xalta olan ceyranlardan birinin canavar tərəfindən tutularaq məhv olunması faktı müəyyən olunub.

Boynuna siqnalötürücü xalta bağlanmış ceyranın bir neçə gün hərəkətsizliyi müşahidə olunduğu əraziyə baxış zamanı həmin ceyranın canavarlar tərəfindən məhv edildiyi və boynundakı xalta ilə skeletinin yerində qaldığı müəyyən olunub. Buna səbəb kimi həmin xaltanın çəkisinin ağır olması və beləliklə də yırtıcıdan özünü müdafiənin çətinləşdiyi ehtimal olunur.

Gürcüstana buraxılan və boynunda siqnalötürücü xalta olan ceyranlardan alınan siqnallardan, həmin ceyranların buraxıldıqları ərazidən Ceyrançöl adlanan ərazilərə kimi və geriyə miqrasiya etdiyi məlum olub. "Bu, bir daha onu göstərir ki, həmin erkək ceyran fərdləri özləri ilə digər ceyran sürüləri ilə həmin ərazilərə miqarsiya edir" - deyə, nazirlikdən bildirilib.

Qeyd edək ki, 2010-cu ildən etibarən başlanan layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kompaniyası və WWF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi