Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-12 mm təşkil edib
Ekologiya
115
13 Oktyabr , 2016 12:07
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 12-si gündüzdən 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə “Report”a ETSN-in mətbuat xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-12, Lənkəran-Astara zonasında 3-48, Böyük Qafqazda 4-48, Mərkəzi Aran rayonlarında 2-8 mm təşkil edib.

Son xəbərlər

Orphus sistemi