Yuxarı

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Qar örtüyünün hündürlüyü Ağdərədə 6, Daşkəsən, Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində 10-15 sm-ə çatıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycanda martın 28-i gündüzdən 29-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, martın 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə 6, Daşkəsən, Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində 10-15 sm-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi