Yuxarı

Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

“Bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var”

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Aprelin 24-də isə Abşeron yarımadasında gözlənilən güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Aprelin 26-da əlverişli komfort hava şəraiti gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi