Yuxarı

Mayın 5-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Buludlu hava şəraiti üstünlük təşkil edəcək

Bakı. 4 may. REPORT.AZ/ Mayın 5-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Mayın 5-də Azərbaycanın əksər rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi