Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 8-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 24, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 8-i və 9-u Abşeron yarımadasında komfort temperatur şəraiti və mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.