Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Azərbaycanın rayonlarında axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var
Ekologiya
29 Aprel , 2015 13:29
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 29 aprel. REPORT.AZ/ Aprelin 30-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi