"Azərbaycanda 2026-cı ilədək meteoroloji stansiyaların sayının 77-yə çatdırılması planlaşdırılır".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Əkbər Əsgərov Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.
Onun sözlərinə görə, 2020-2022-ci illər ərzində avtomat meteoroloji stansiyaların sayı 34-dən 51-ə çatdırılıb.