Azərbaycanda mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlanıb

Azərbaycanda mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlanıb Gülşad Məmmədova: “Havanın temperaturunun tədricən yüksələcək”
Ekologiya
15 May , 2018 14:25
Azərbaycanda mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlanıb
Getty Images
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ "May ayının 19-dək ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti günlərdə günün birinci yarısında, əsasən də dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur: “Havanın temperaturunun tədricən yüksələcəyi gözlənilir. Temperatur Bakıda və Abşeron yarımadasında 23-28, Mərkəzi Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-18 dərəcə arasında dəyişəcək”.

Mütəxəssis qeyd edib ki, növbəti 3 gündə Azərbaycanda mülayim şərq küləyi əsəcək.

Son xəbərlər

Orphus sistemi