Yuxarı

Azərbaycanda martın 21-22-də gözlənilən hava proqnozu açıqlanıb

Rayonlarda gündüz yağıntının tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakı. 19 mart. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. 

Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz isə 7-9 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 21-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntının tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Martın 22-də isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 9-14 dərəcə isti olacaq.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi