Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya
28 Aprel , 2018 13:05
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 16-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Sabah bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-12 dərəcə istiolacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi