Yuxarı
    Bağlamaq

    Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

    Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir

    Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi