Azərbaycanda iki dovşan ovlamış şəxs 1200 manat cərimə olunub

Azərbaycanda iki dovşan ovlamış şəxs 1200 manat cərimə olunub Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir
Ekologiya
17 Noyabr , 2014 10:32
Azərbaycanda iki dovşan ovlamış şəxs 1200 manat cərimə olunub
Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbayacan Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib. "Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Siyəzən rayonunun Çarax kəndi ərazisində ov edən kənd sakinləri Rövşən Pircanov və Amil Quliyev saxlanılıb. Onlardan 2 ov tüfəngi, 12 patron götürülərək barələrində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

Şərbətqobu ovçuluq təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Beyləqan rayon, Mil qəsəbəsi sakini Namiq Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 4 patron və 2 ovlanmış dovşan götürülüb. Qanun pozucusu barəsində akt və protokollar tərtib edilərək, 1200 manat məbləğində cərimə olunub.

Eyni zamanda, Bərdə, İmişli və Fizuli rayonları ərazisində ov edən 4 naməlum şəxs saxlanılıb. Faktla bağlı akt tərtib olunaraq həmin şəxslərdən 4 ov tüfəngi, 21 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi