Azərbaycanda həftənin ilk iş günü küləkli və soyuq olacaq

Azərbaycanda həftənin ilk iş günü küləkli və soyuq olacaq Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir
Ekologiya
16 Noyabr , 2014 14:38
Azərbaycanda həftənin ilk iş günü küləkli və soyuq olacaq
Bakı. 16 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"-а bildiriblər ki, havanın temperaturu gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.

Bakı və Abşeron yarımadasında saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.

Azərbaycanın bölgələrində arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 metr sürətlə şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 20-28 metrədək güclənəcək, dağlarda sulu qar və qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi