Azərbaycanda həftənin ilk iş günü sulu qar və qar yağacağı gözlənilir

Azərbaycanda həftənin ilk iş günü sulu qar və qar yağacağı gözlənilir Noyabrın 24-də Azərbaycanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir
Ekologiya
23 Noyabr , 2014 14:26
Azərbaycanda həftənin ilk iş günü sulu qar və qar yağacağı gözlənilir

Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Azərbaycanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal küləyi 15-20 m/s, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək. Arabir yağıntılı olacaq.

Temperaturun gecə və gündüz 4-7 dərəcə isti, Bakıda gecə və gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi