Azərbaycanda həftə sonundan başlayaraq havalar soyuyacaq

Azərbaycanda həftə sonundan başlayaraq havalar soyuyacaq Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
21 Noyabr , 2014 11:18
Azərbaycanda həftə sonundan başlayaraq havalar soyuyacaq
Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu yaxın üç gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozunu açıqlayıb. Bu barədə "Report"a açıqlamasında Büronun direktoru Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, üçüncü ongünlüyün birinci yarısında ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Noyabrın 23-dən başlayaraq yağıntılar bəzi ərazilərdə daha da intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda noyabrın 22-dən 23-nə keçən gecədən başlayaraq ayın 25-dək şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir. Bu günlərdə havanın temperaturu 12-14 dərəcə idisə, yaxın 2 gündə temperatur 4-7 dərəcədən yüksək olmayacaq.

Son xəbərlər

Orphus sistemi