Yaxın 3 gündə Azərbaycanda havanın temperaturu iqlim normasından yüksək olacaq

Yaxın 3 gündə Azərbaycanda havanın temperaturu iqlim normasından yüksək olacaq Sabah 27-32 dərəcə isti olacağı gözlənilir
Ekologiya
27 May , 2015 12:29
Yaxın 3 gündə Azərbaycanda havanın temperaturu iqlim normasından yüksək olacaq

Bakı. 27 may. REPORT.AZ/ 28 may - Respublika Günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.

Mayın 28-də Azərbaycanın rayonlarında əsasən axşam və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Baş hidroloq onu da qeyd edib ki, hazırda müşahidə olunan isti hava şəraiti iqlim normasından bir qədər yüksəkdir. Bu cür hava şəraiti Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində davam edəcək.  

Son xəbərlər

Orphus sistemi