Azərbaycanda havanın temperaturu aşağı düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda havanın temperaturu aşağı düşəcək - XƏBƏRDARLIQ Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək
Ekologiya
15 Aprel , 2016 11:53
Azərbaycanda havanın temperaturu aşağı düşəcək - XƏBƏRDARLIQ

Bakı. 15 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. “Report”a daxil olan məlumata görə, aprelin 16-sı axşam və 17-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi