Yuxarı

Azərbaycanda havanın temperaturu artacaq, Bakıda yağış yağacaq

Şərq küləyi əsəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında fevralın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, səhər paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7 dərəcə, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir. Bakıda isə gecə 5-7 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam isə yağıntılı olacağı gözlənilir.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 17-də Abşeron yarımadasında atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi