Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək Avqustun 4-8-də ölkədə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya
10083
3 Avqust , 2021 14:13
Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək
0 : 00
0 : 00

Avqustun 4-8-də ölkədə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39°, bəzi yerlərdə 40-41° isti, Respublikanın rayonlarında 35-40° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi