Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq

Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq Bakıda 14-18 dərəcə isti olacaq
Ekologiya
18 Mart , 2016 12:28
Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq

Bakı. 18 mart. REPORT.AZ/ Həftənin şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 14-18, Bakıda gecə 4-6, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza görə, martın 19-23-də Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdlü, martın 19-da gündüz arabir güclənən gilavar küləyinin martın 23-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi