Yuxarı

Azərbaycanda havanın kəskin dəyişəcəyi barədə rəsmi xəbərdarlıq olunub

Dekabrın 2-si və 3-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 2-si və 3-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit, soyuq keçəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı, dekabrın 3-də isə respublikanın bəzi rayonlarında sulu qara keçəcəyi gözlənilir. "Report" xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. 

Məlumata görə, dekabrın 2-si və 3-də dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimal olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi