Bakıda havanın ən çirkli olduğu ərazilər açıqlanıb

Bakıda havanın ən çirkli olduğu ərazilər açıqlanıb Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirilib
Ekologiya
276
21 Aprel , 2021 16:29
Bakıda havanın ən çirkli olduğu ərazilər açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmələr aparılıb.

Xidmətin əməkdaşı Gülnarə Abbasova "Report"a bildirib ki, monitorinqlər zamanı Nərimanov parkı ərazisində havada tozun miqdarı 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib.

O qeyd edib ki, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi