Azərbaycanda hava yağışlı olacaq

Azərbaycanda hava yağışlı olacaq Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək
Ekologiya
12 Dekabr , 2014 13:24
Azərbaycanda hava yağışlı olacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Sabah - dekabrın 13-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi