Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib Yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacaq, oktyabrın 9-dan temperatur ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək
Ekologiya
145
7 Oktyabr , 2015 14:25
Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, oktyabrın 8-dən 11-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. 

Məlumatda qeyd olunub ki, ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. 

Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 9-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi