Azərbaycanda güclü yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub- FAKTİKİ HAVA

Azərbaycanda güclü yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub- FAKTİKİ HAVA noyabrın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb
Ekologiya
10 noyabr 2017 06:26
Azərbaycanda güclü yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub- FAKTİKİ HAVA

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-21, Lənkəran-Astara zonasında 4-52, Böyük Qafqazda 2-21, Mərkəzi Aran rayonlarında 3-19, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 3-16 mm olub. 

Son xəbərlər

Orphus sistemi