Yaxın iki gündə Azərbaycanda güclü xəzri küləyi əsəcək

Yaxın iki gündə Azərbaycanda güclü xəzri küləyi əsəcək Nazirlik xəbərdarlıq edib
Ekologiya
21 Aprel , 2015 12:46
Yaxın iki gündə Azərbaycanda güclü xəzri küləyi əsəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 12-16 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi metereoloji proqnoza gəlincə, aprelin 22-si və 23-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Son xəbərlər

Orphus sistemi