Azərbaycanda geoparkların yaradılması işlərinə başlanılıb

Azərbaycanda geoparkların yaradılması işlərinə başlanılıb “Hazırda ölkədə geoparkların yaradılması istiqamətində iş aparılır”.
Ekologiya
18 Yanvar , 2022 16:13
Azərbaycanda geoparkların yaradılması işlərinə başlanılıb

“Hazırda ölkədə geoparkların yaradılması istiqamətində iş aparılır”.

“Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, ölkədə palçıq vulkanlarına geopark statusunun verilməsi, həmin vulkanların tərkibində geoparkların yaradılması ilə bağlı işlərə başlanılıb, əsasnamə təsdiqlənib: "Geopark həm də UNESCO-nun mühafizə olunan kateqoriyalarından biridir. Təbii irs siyahısına salınması istiqamətində də işlər görüləcək. Hazırda geoparkların irs siyahısına daxil edilməsi üçün nominasiya sənədi hazırlanma mərhələsindədir. Növbəti illərdə ölkədə geopark xüsusi mühafizə olunan təbiət ərazisi kimi fəaliyyətə başlayacaq”.

Son xəbərlər

Orphus sistemi