Azərbaycanda ətraf mühiti çirkləndirdirməyə görə 65 700 manat məbləğində cərimə tətbiq edilib

Azərbaycanda ətraf mühiti çirkləndirdirməyə görə 65 700 manat məbləğində cərimə tətbiq edilib Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 24, icra qurumlarına isə 6 iş göndərilib
Ekologiya
21 Noyabr , 2014 11:23
Azərbaycanda ətraf mühiti çirkləndirdirməyə görə 65 700 manat məbləğində cərimə tətbiq edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. "Report" xəbər verir ki, bu barədə ETSN-in yaydığı məlumatda bildirlib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 150 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 39 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 29 iş üzrə 65700 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 14529.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 27961,07 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 24, icra qurumlarına isə 6 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi