Azərbaycanda ekoloji qanunvericiliyi pozanlar 36 min manat cərimələnib

Azərbaycanda ekoloji qanunvericiliyi pozanlar 36 min manat cərimələnib Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 15, məhkəməyə isə 1 iş göndərilib
Ekologiya
4 Sentyabr , 2015 17:03
Azərbaycanda ekoloji qanunvericiliyi pozanlar 36 min manat cərimələnib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Bu barədə "Report"a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

16-31 avqust tarixlərində aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 208 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 79 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 43 iş üzrə 35900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 1289.49 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 171 iş üzrə 38545.82 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 15, məhkəməyə isə 1 iş göndərilib. 

Son xəbərlər

Orphus sistemi