Azərbaycanda qanunsuz ov edən Qətər vətəndaşı saxlanılıb

Azərbaycanda qanunsuz ov edən Qətər vətəndaşı saxlanılıb Bakı. 5 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.
Ekologiya
5 Fevral , 2019 09:35
Azərbaycanda qanunsuz ov edən Qətər vətəndaşı saxlanılıb
0 : 00
0 : 00

Bakı. 5 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaş saxlanılıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və 2000 manat məbləğində cərimə tətbiq olunub. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.

Son xəbərlər

Orphus sistemi