Azərbaycanda düşən yağıntının miqdarı açıqlanıb - FAKTİKİ HAVA

Azərbaycanda düşən yağıntının miqdarı açıqlanıb - FAKTİKİ HAVA Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya
7 Noyabr , 2018 12:51
Azərbaycanda düşən yağıntının miqdarı açıqlanıb - FAKTİKİ HAVA

Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində noyabrın 6-dan 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78, Böyük Qafqazda 1-21, Naxçıvan MR-da 2-8, Qazax-Gəncə zonasında 1-7, Mərkəzi-Aran rayonlarında 1-6, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Bakıda 6, Zabratda 0.2 mm təşkil edib. 

Son xəbərlər

Orphus sistemi