Azərbaycanda bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var
Ekologiya
14 Mart , 2015 12:15
Azərbaycanda bazar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, martın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Martın 15-də Azərbaycan rayonlarında hava şəraitinin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi