Azərbaycanda bazar ertəsi müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda bazar ertəsi müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
636
24 May , 2015 14:43
Azərbaycanda bazar ertəsi müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 24 May. REPORT.AZ/ Bazar ertəsi Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 22-27 dərəcə isti olacaq.

Mayın 25-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi