Azərbaycanda balıq ovunun müddəti iki ay uzadılıb

Azərbaycanda balıq ovunun müddəti iki ay uzadılıb Qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan çoxsaylı müraciətlər əsasında qəbul edilib
Ekologiya
14 Yanvar , 2016 15:33
Azərbaycanda balıq ovunun müddəti iki ay uzadılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Balıqovlama biletinin hüquqi qüvvəsi iki ay müddətinə uzadılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub. 

Məlumata görə, nazirlik sənaye balıq ovunun fasiləsiz davam etdirilməsini və balıqçıların tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilən ov alətlərinin alınması və qaydaya salınması üçün vaxt tələb olunduğunu nəzərə alaraq 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilən balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi