Azərbaycanda 7 şəlalə tapılıb - FOTO

Azərbaycanda 7 şəlalə tapılıb - FOTO Əsrarəngiz təbiət möcüzəsini araşdırmaçı Cəlaləddin Qasımov aşkarlayıb
Ekologiya
22 Avqust , 2015 15:46
Azərbaycanda 7 şəlalə tapılıb - FOTO

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanda 7 şəlalə tapılıb. "Report" xəbər verir ki, şəlalələr Tovuzun Çobansıxnaq kəndinin yaxınlığındakı uca dağların zirvəsində aşkarlanıb. 

Onların ən hündürü 35, ən alçağı isə 10 metrdir. Şəlalə yerləşən hissə sıldırım qayalıqlarla əhatələnib.

Hətta yerli sakinlər də bu təbiət gözəlliyindən xəbərsiz olublar. Həm yerli, həm də xarici turistlərin diqqətini çəkə biləcək şəlalələr gələcəkdə ərazidə kənd turizminin inkşafına təkan verə bilər. 

Əsrarəngiz təbiət möcüzəsini araşdırmaçı Cəlaləddin Qasımov aşkarlayıb.

Son xəbərlər

Orphus sistemi