Azərbaycana ilk qar yağıb - FOTO

Azərbaycana ilk qar yağıb - FOTO Gecə Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib
Ekologiya
28 Sentyabr , 2017 08:51
Azərbaycana ilk qar yağıb - FOTO
"Report"

Quba. 28 sentyabr. REPORT.AZ/ Azərbaycana ilk qar yağıb.

"Report"un Şimal bürosu xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.

İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.

Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.

Son xəbərlər

Orphus sistemi