​Azərbaycana gəlməli olan flaminqolar azaraq Sibirə uçublar

​Azərbaycana gəlməli olan flaminqolar azaraq Sibirə uçublar İndi onları tələfat gözləyir
Ekologiya
26 Oktyabr , 2015 23:24
​Azərbaycana gəlməli olan flaminqolar azaraq Sibirə uçublar

Bakı. 26 oktyabr. REPORT.AZ/ Sibirdə, Kemerova yaxınlığında bu region üçün gözlənilməz qonaq sayılan çəhrayı flaminqolar (qızılqaz) aşkar olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, Kemerova Dövlət Universitetinin Zoologiya və Ekologiya Kafedrasının müdiri, professor Nikolay Skalonun sözlərinə görə, bu quşlar sözügedən regionda yaşamırlar.

"Çox güman ki, onlar Qazaxıstandan qışlamaq üçün tropik ərazilərə uçarkən yolda azıblar, ona görə indi onları tələfat gözləyir", - deyə professor bildirib.

Alimin sözlərinə görə, flaminqolar yollarını payız qasırğalarının başladığı hava dəyişikliyi zamanı aza bilərlər. Belə hallar təkcə flaminqoların deyil, həm də qutanların başına gəlir.

Bununla belə, Skalon qeyd edir ki, quşların sağ qalmasına yalnız insanlar kömək edə bilərlər. Çünki həftənin sonuna yerli sinoptiklər soyuq hava kütləsinin gəlişini proqnozlaşdırırlar. Proqnozlara görə, gecə havanın temperaturu mənfi 10 dərəcəyədək düşəcək.

Çəhrayı, yaxud adi flaminqolar Rusiyada məskən salmırlar, yalnız cənub rayonlarından keçməklə Azərbaycan, Türkmənistan və İrana miqrasiya edirlər.

Son xəbərlər

Orphus sistemi