Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub

Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.
Ekologiya
2281
11 Noyabr , 2020 16:50
Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub

Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, aksiya çərçivəsində Nazirliyin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi ağacəkmə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun, Azərbaycanın və Türkiyənin digər dövlət rəsmilərinin iştirakı ilə 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.

Son xəbərlər

Orphus sistemi