Azərbaycan tərəfi Rusiya ilə sərhəddə baş verən meşə yanğını ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan tərəfi Rusiya ilə sərhəddə baş verən meşə yanğını ilə bağlı gücləndirilmiş iş rejiminə keçib "Samur meşəsində baş verən yanğın Azərbaycan ərazisinə keçməyib"
Ekologiya
27 Aprel , 2017 11:16
Azərbaycan tərəfi Rusiya ilə sərhəddə baş verən meşə yanğını ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiya-Azərbaycan sərhədində - Samur meşəsində baş verən yanğınla əlaqədar Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları gücləndirilimiş iş rejiminə keçib. 

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Dağıstan tərəfdə, Samur meşəsində baş verən yanğın Azərbaycan ərazisinə keçməyib: "Hazırda yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi olmasa da, nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib".

Xatırladaq ki, aprelin 26-da Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb. Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir. Yerli sakinlər də yanğının söndürülməsində yanğınsöndürənlərə kömək edir.

Son xəbərlər

Orphus sistemi