Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib

Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib ​Azərbaycan Prezidenti bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiyanı təsdiq edib
Ekologiya
3 Oktyabr , 2016 20:21
Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Son xəbərlər

Orphus sistemi