Yuxarı

Azərbaycan polisi bir gündə 11 400 ağac əkib

Azərbaycan polisləri ​11 400 ağac əkib

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 6-da respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkənin digər şəhər və rayonlarında, ümumilikdə, 11 400 ədəd şam və küknar ağacı əkilib.

Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi