Azərbaycan geoloji kəşfiyyat işləri ilə bağlı yeni avadanlıqlar alacaq

Azərbaycan geoloji kəşfiyyat işləri ilə bağlı yeni avadanlıqlar alacaq Azərbaycanda geoloji kəşfiyyat işlərinin dəqiqliyinin artırılması məqsədilə yeni buruq-qazma avadanlığının, geofiziki cihazların, topoqrafik GPS-lərin, planşetlərin, yeni nəsil kompüterlərin alınması və müasir proqram təminatlarının tətbiqinə başlanılacaq.
Ekologiya
187
16 Mart , 2020 21:10
Azərbaycan geoloji kəşfiyyat işləri ilə bağlı yeni avadanlıqlar alacaq

Azərbaycanda geoloji kəşfiyyat işlərinin dəqiqliyinin artırılması məqsədilə yeni buruq-qazma avadanlığının, geofiziki cihazların, topoqrafik GPS-lərin, planşetlərin, yeni nəsil kompüterlərin alınması və müasir proqram təminatlarının tətbiqinə başlanılacaq.

"Report" xəbər verir ki, bu, yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Eyni zamanda analitik tədqiqatların nəticələrinin etibarlılığının artırılması məqsədilə müasir laboratoriya avadanlığının, cihazların alınması və infrastrukturun yenilənməsi də nəzərdə tutulub.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi