Azərbaycan ərazisinə sulu qar, qar yağıb, dağlıq rayonlarda qarın hündürlüyü 41 sm-ə çatıb

Azərbaycan ərazisinə sulu qar, qar yağıb, dağlıq rayonlarda qarın hündürlüyü 41 sm-ə çatıb Ölkə ərazisində müşahidə olunan faktiki hava durumu açıqlanıb
Ekologiya
25 Yanvar , 2016 11:29
Azərbaycan ərazisinə sulu qar, qar yağıb, dağlıq rayonlarda qarın hündürlüyü 41 sm-ə çatıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan faktiki hava durumu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə yağıntılar intensiv olub. 

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.

Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb.

Əsən Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Son xəbərlər

Orphus sistemi