Azərbaycan ərazisində qarlı-şaxtalı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq

Azərbaycan ərazisində qarlı-şaxtalı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq Yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta olacaq
Ekologiya
26 Yanvar , 2016 12:51
Azərbaycan ərazisində qarlı-şaxtalı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeronda gecə 1-6 şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında gecə və səhər yollar buz bağlayacaq.

Yanvarın 27-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Tibbi-meteororloji proqnoza gəlincə, yanvarın 27-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 28-də soyuq temperatur diskomfortu gözlənilsədə, havanın oksigenlə zəngin olması müsbət amildir.

Son xəbərlər

Orphus sistemi