Yuxarı

Azərbaycan ərazisində kəskin hava şəraiti davam edib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub

Qaxda qarın hündürlüyü 64 sm-ə çatıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində ən çox qar yağan bölgələrin adı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, yanvarın 26-sı səhərədək ölkə ərazisində kəskin hava şəraiti davam edib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 5-45, Lənkəran-Astara zonasında 2-27, Mərkəzi-Aran rayonlarında 2-20, Kiçik Qafqazda 4-11, Qazax-Gəncə zonasında 1-8, Naxçıvan Muxtar Respublikasında 4-7 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 64, Şəki, Ağdərədə (Ordubad) 45, Qaxbaşda 40, Sinçay, Kişçay (Şəki) 38, Zaqatalada 37, Qəbələdə 36, Oğuzda 32, Balakəndə 31, Altıağacda 26, Kirən, Gədəbəydə 22, Şamaxıda 19, İsmayıllıda 18, Yardımlıda 17, Şahbuzda 16, Xınalıq, Qubada 15, Qubanın dağlıq ərazilərində 35-46, dağətəyi rayonlarında 3-26, Ağsu, Daşkəsəndə 13, Göyçayda 11, Lerik, Ordubadda 10, Rvarudda 8, İmişlidə 7, Şərur, Naxçıvan, Kəlvəz, Göygöldə 6, Mərəzədə 5, Tovuz, Zərdabda 4, Maştağa, Cəfərxan, Qazıməmməd, Biləsuvar, Lənkəranda 3, Xaçmaz, Göytəpə, Nabran, Bakıda 2, Binədə 1, Şabranda 0.3 sm olub.

Şimal-qərb küləyi bəzi yerlərdə güclənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi