Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, temperatur 8-10 dərəcə aşağı düşəcək

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, temperatur 8-10 dərəcə aşağı düşəcək Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək
Ekologiya
5 Fevral , 2016 13:47
Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, temperatur 8-10 dərəcə aşağı düşəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək.

Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 9-u gündüzədək davam edəcək.

Son xəbərlər

Orphus sistemi