Azərbaycan ərazisində ən çox yağıntı şimal bölgəsində qeydə alınıb

Azərbaycan ərazisində ən çox yağıntı şimal bölgəsində qeydə alınıb Qəbələyə düşən dolunun diametri 15 mm olub
Ekologiya
20 İyul , 2015 11:42
Azərbaycan ərazisində ən çox yağıntı şimal bölgəsində qeydə alınıb

Bakı. 20 iyul. REPORT.AZ/ Ötən gün ərzində Azərbaycan ərazisində ən çox yağıntı şimal bölgəsində qeydə alınıb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi Elmira Həmidova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, ən çox yağıntı Qəbələ rayonunun Bum kəndinə düşüb. Dolunun diametri 15 mm olub. Quba rayonunun Xınalıq kəndində isə xırda dənəli dolu düşüb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yaymışdı. Məlumatda iyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı bildirilib. Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enib.

Son xəbərlər

Orphus sistemi