Azərbaycan Ekoloji Fəaliyyətin Nəticələri İndeksində 31-ci olub

Azərbaycan Ekoloji Fəaliyyətin Nəticələri İndeksində 31-ci olub MDB ölkələri arasında birincilik Azərbaycana məxsusdur
Ekologiya
22 mart 2017 22:19
Azərbaycan Ekoloji Fəaliyyətin Nəticələri İndeksində 31-ci olub

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycan ABŞ-ın Yel Universitetinin hazırladığı 2016-cı ilin Ekoloji Fəaliyyətin Nəticələri İndeksində (Environmental Performance İndex) 31-ci yeri tutub.

"Report" xəbər verir ki, reytinq Yel Universiteti nəzdində Ekoloji Siyasət və Hüquq Mərkəzinin saytında dərc olunub.

Reytinqdə ilk dörd yer Şimali Avropa ölkələri olan Finlandiya, İslandiya, İsveç və Danimarkaya məxsusdur. Norveç 17-ci yerdə qərarlaşıb. Keçmiş SSRİ ölkələrindən ən yüksək nəticəni 8-ci yeri tutan Estoniya göstərib. MDB ölkələri arasında birincilik Rusiyanı bir pillə qabaqlayan Azərbaycana məxsusdur.

Asiyanın sənaye nəhəngləri olan Çin və Hindistan cüzi müsbət dinamika nümayiş etdirib və müvafiq olaraq 118-ci yerdən 109-cu pilləyə və 155-ci yerdən 141-ci pilləyə yüksəliblər.

Son xəbərlər

Orphus sistemi