Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya
27 Mart , 2018 12:26
Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 100-250, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyət martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 35 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 590 m3/s olmaqla ongünlük normanın 193 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyət martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində,0 əsasən, azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvan və Salyan məntəqələrində 10, Bankədə 3 sm azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2017-ci il martın 27-də 374 sm), Şirvanda 191 sm (2017-ci il martın 27-də 253 sm), Salyanda 127 sm (2017-ci il martın 27-də 200 sm), Bankədə 171 sm (2017-ci il martın 27-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il martın 27-də 73 sm) təşkil edir.

Son xəbərlər

Orphus sistemi